25 noyabr 2010 19:50
Araz 11 qol vurmalı olduğu Rusiya klubuna uduzdu (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun B qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, təmsilçimiz Araz həlledici oyunda meydan sahibi VİZ-Sinara ilə qarşılaşıb.
Son Azərbaycan çempionu “Dördlər finalı”na çıxmaq üçün son oyunda mütləq sərfəli hesabla qalib gəlməliydi. Lakin VİZ-Sinara qrupumuzun oyunlarına ev sahibliyi edən Rusiyanı, Sankt-Peterburqu təmsil edirdi və heç də asan rəqib sayılmırdı. Yeganə məqam rusların hətta Araz`ı məğlub etsə belə, növbəti mərhələyə çıxa bilməməsi idi. Bu oyunadək qrupumuzdakı digər matç başa çatmışdı və həmin qarşılaşmada Montesilvano Ararat`a divan tutmuşdu - 10:0. Məhz bu üzdən təmsilçimiz çox çətin vəzifəylə üz-üzəydir. Joze Alesio da Silvanın yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün 11 top fərqiylə qələbə qazanmalıydı. Gəl ki, futzalçılarımız bu rəqiblə qarşılaşmada heç-heçəyə də nail ola bilmədilər.
Futzal
UEFA kuboku (Elit-raund)
Qrup mərhələsi
25 noyabr
18:15. АRAZ - VİZ-SİNARA - 2:3 (1:1)
Oyun başladı
1. Qapıya ilk zərbə meydan sahiblərindən gəlir. Çistoplov istəyinə çata bilmir
1. Borisov komandamızın heyətində rəqibi cavabını verir. Ancaq onun da zərbəsi hədəfdən yan keçir
1. Prudnikov ilk qayda pozuntusuna yol verir - 0:1
2. Borisovun qapıya növbəti zərbəsi dəqiq olmur
3. Aqapov meydan sahiblərinin heyətində qapımıza zərbə endirir
4. Meydan sahibləri yenə qaydanı pozur. Bu dəfə Çistopolov qaydanı pozur - 0:2
5. Abramovdan qapımıza növbəti zərbə
6. Komandamızın heyətində Duşkeviç qayanı pozur - 1:2
7. Deyəsən təmsilçimiz rəqibinə 11 qol vuracağına inanmır. Prudnikov və Çistopolov qapımıza ardıcıl zərbə endirirlər
8. Edu rəqib qapıya növbəti zərbəmizin müəllifi olur
9. Qayda pozuntularında hesab bərabərləşir. Buna komandamızın üzvü Edu səbəb olur - 2:2
9. Edu kobudluğuna görə sarı vərəqə alır
9. Eder komandamızın ilk qolunu vurur - 1:0
9. Edudan daha bir zərbə... bəhrəsizdir
10. Abramov da rəqibin heyətində qola yaxın olur
11. Borisov da çərçivəyə düşə bilmir
12. Prudnikov hesabı bərabərləşdirir - 1:1
13. Felipe komandamızın heyətində qayda pozuntusuna yol verir - 3:2
14. Aaqapov qaydanı pozur - 3:3
14. Çistopolov qaydanı pozur - 3:4
14. Moxovun qapımıza zərbəsi qolla nəticələnmir
15. Borisovun zərbəsi qolla nəticələnmir
16. Xamadiev Sinara`da qola yaxın olur
20. Ederin zərbəsi komandamıza qol gətirmir
İlk yarı başa çatdı
İkinci hissə başladı
21. Prudnikov qapımıza zərbə vurur
22. Aqapov da bəxtini sınayır
23. Moxov fasilədən sonrakı ilk qayda pozuntusuna əl atır - 0:1
24. Abramovdan qol vurmaq üçün daha bir cəhd. Hər şey komandamız üçün yaxşı qurtarır
27. Fərzəliyev qol vurmaq şansını qaçırdı
28. Çistopolov qaydanı pozur - 0:2
28. Anderson komandamızın heyətində qola yaxın olsa da, çərçivəyə düşə bilmir
29. Anderson qayda pozuntusuna yol verir - 1:2
30. Anderson yenə qaydanı pozur - 2:2
30. Anderson sarı vərəqə ilə cəzalanır
30. Aqapov qapımıza yol tapa bilmir
31. Prudnikov da eyni sevincdən məhrum olur
31. Abramov da bəxtini sınayır
32. Rəqib daha bir qayda pozuntusuna yol verir - 2:3
32. Fərzəliyev komandamızın heyətində qola yaxın olsa da...
33. Edu qayda pozuntusuna yol verir - 3:3
34. Moxov meydan sahiblərini hesabda önə keçirir - 1:2
35. Xamadiev komandasının daha bir qolunu vura bilərdi
36. Felipe isə komandamızın heyətində hesabı bərabərləşdirməyə yaxın oldu
37. Prudnikov qaydanı pozur - 3:4
37. Fərzəliyev penaltidən hesabı bərabərləşdirir - 2:2
37. Eder qaydanı pozur - 4:4
37. Eder kobud oyuna görə sarı vərəqə alır
38. Felipe qaydanı pozur - 5:4
38. Ederdən daha bir qayda pozuntusu - 6:4
38. Qayda pozuntusu limitimiz qurtardığı üçün qapımıza penalti təyin olunur. Lakin Çistopolov penaltidən fərqlənə bilmir
38. Felipenin zərbəsi hesabda önə keçməyimizə yardımçı olmur
39. Moxov yenidən komandasını hesabda önə keçirir - 2:3
39. Anderson hesabı bərabərləşdirmək şansını əldən verir
40. Felipe 2 dəfə qol yaxın olsa da...
40. Eder yenə qaydanı pozur - 7:4
40. Moxov penaltidən fərlənə bilmir
Matç başa çatdı
1. Montesilvano 3 2 1 0 14-3 7
2. VİZ-Sinara 3 2 0 1 16-5 6
3. Araz 2 1 1 1 6-6 4
4. Ararat 3 0 0 3 2-24 0
