25 noyabr 2010 17:20
Araz`ın kömək umduğu Ararat 10 cavabsız qolla yenildi (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun B qrupunun oyunlarına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, təmsilçimiz Araz`ın Rusiya klubu VİZ-Sinara ilə oyununa kimi qrupunda bizim üçün heç də az əhəmiyyət kəsb etməyən qarşılaşma baş tutdu.
Çünki son Azərbaycan çempionunun “Dördlər finalı”na çıxması üçün bu matçın nəticəsinin böyük əhəmiyyəti vardı. Araz`ın əsas rəqibi - İtaliya klubu Montesilvano Kiprin Ararat klubuyla qarşılaşırdı. Öncədən də Kipr təmsilçisinin bu görüşdə hansısa sensasiyaya imza atacağı inandırıcı görünmürdü. Çünki komandamıza 1:2 hesabıyla yenilən nikosiyalılar VİZ-Sinara`ya da 1:12 hesabıyla uduzmuşdu. Onların əsas favoritlə oyunda minimal hesabla uduzması sadəcə göydəndüşmə ola bilərdi. Gözlənildiyi kimi, Ararat heç nə ilə komandamıza kömək edə bilmədi. Əksinə 10 cavabsız qolla məğlub olmaqla, Araz`ın 11 cavasız qolla qələbə qazanmasını şərtləndirdi. Əks halda növbəti mərhələyə artıq digər oyunun nəticəsini gözləməyə başlayan italyanlar çıxacaq.
Futzal
UEFA kuboku (Elit-raund)
Qrup mərhələsi
25 noyabr
16:00. АRARAT – МONTESİLVANO - 0:10
1. Da Silva Montesilvanonu hesabda önə keçirdi - 0:1
4. Baptistella hesab arasındakı fərqi artırır - 0:2
7. Baptistella özünün 2-ci, komandasının 3-cü qolunu vurur - 0:3
10. Da Silva da dublunu rəsmiləşdirir - 0:4
13. Kutsolino fərqi daha artırır - 0:5
14. Baptistella het-trikini rəsmiləşdirir - 0:6
19. Da Silva da het-trik edir - 0:7
23. Folya hesab arasındakı fərqi bir qədər də artırdı - 0:8
34. Baptistella artıq özünün 4-cü, komandasının 9-cu qolunu vurur - 0:9
35. Baptistella Ararat`ın qəniminə çevrilib - 0:10
1. Montesilvano 3 2 1 0 14-3 7
2. Araz 2 1 1 0 4-3 4
3. VİZ-Sinara 2 1 0 1 13-3 3
4. Ararat 3 0 0 3 2-24 0
