25 noyabr 2010 15:45
Haci 5 futbolçunu Galatasaray`dan uzaqlaşdırır
Türkiyənin Galatasaray klubunun rumıniyalı baş məşqçisi George Haci uğursuzluqları sıralayan komandasında islahatlara başlayır. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis 5 futbolçunu “Cim Bom”dan qovmaq barədə qərar qəbul edib.
Lakin Türkiyə mətbuatının iddiasına görə, həmin futbolçuların adları, komandanın çıxışına ciddi təsir olmasın deyə, qış fasiləsinə kimi gizli saxlanılacaq. Hacinin heyətdə görmək istəmədiyi futbolçular isə Misimoviç, İnsua, Ayxan və Sərvət və Elanodur. Lakin sonuncunun durumu hələlik tam dəqiqləşməyib. Haci rəhbərliyə bildirib ki, əgər qış transfer pəncərəsində Elanonu transfer etmək istəyən klub olsa, braziliyalı futbolçunun satılmasına razıdır.
