25 noyabr 2010 16:16
UEFA Bakıda daha bir seminar keçiriləcək
Noyabrın 29-da və 30-da Bakı şəhərində UEFA-nın növbəti seminarı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, budəfəki seminar marketinqə həsr olunacaq.
Xatırladaq ki, noyabrın 2-də və 3-də Bakıda UEFA-nın «Azərbaycanda Kütləvi Futbol» mövzusunda, noyabrın 23-də və 24-də isə mətbuatla bağlı seminarı keçirilib.
