25 noyabr 2010 16:39
Neftçi`inin futbolçusu keçmiş klubunun düşərgəsinə döndü
Neftçi`nin braziliyalı futbolçusu Flavinyo keçmiş klubunun düşərgəsinə baş çəkib. Azerisport.az xəbər verir ki, hazırda vətənində olan yarımmüdafiəçi bu imkandan maksimum yararlanaraq, vaxtilə şərəfini qoruduğu Qremio Prudento klubuna baş çəkib, rəhbərlik və keçmiş oyundaşlarıyla görüşüb.
Qeyd edək ki, Flavinyo Neftçi`yə məhz bu komandadan transfer olunmuşdu. Hazırda isə o, zədəsini sağaltmaq üçün vətəninə gedib. Muğan`la çempionat oyununda zədələnən futbolçu ən tezi qışda yaşıl meydanlara dönə biləcək.
