25 noyabr 2010 16:50
“Qoy mən meydanda ölüm, amma Qarabağ qələbə qazansın”
“Rusenborq`la oyun ərəfəsində demişdim ki, qoy mən meydanda ölüm amma Qarabağ qələbə qazansın. Bu cümlə heç də təsadüfən yaranmamışdı. Mən Ağdamlı olsam da, komanda da hər kəs də eyni yanğını görürdüm. Məhz rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər kəsin eyni ruha sahib olmasının təzahürü Qarabağ`ın ruhunu formalaşdırdı”. Azerisport.az xəbər verir ki, bu sözləri Qarabağ klubunun yarımmüdafiəçisi Namiq Yusifov söyləyib.
Son dövrlər Ağdam klubunun rəhbərliyinə yönələn təzyiqlərə münasibət bildirərkən, Yusifov da belə halları pisləyib: “Rəhbərlik bizimlə elə davranır ki, sanki, öz övladlarıyıq. Başqa klublara da hörmətimiz var. Amma Azərbaycanın heç bir klubunda Qarabağ`da olduğu kimi həssas və futbolçuya diqqət verən rəhbərlik yoxdu”.
