25 noyabr 2010 17:06
Millimizin hücumçusu: Onlardan narazı qala bilmərəm
Son dövrlər Qarabağ rəhbərliyinə yönələn təzyiqlərə komandanın və millimizin hücumçusu Vüqar Nadirov da münasibət bildirib. Azerisport.az xəbər verir ki, Nadirov klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Futbolun sirrlərini Qarabağ`da öyrənməyə başlamışam. Hətta uşaq yaşlarımdan belə Qarabağ rəhbərliyi məni xüsusi olaraq maaşla təmin edirdi. İlk dəfə Qarabağ`ın heyətində meydana çıxanda 15 yaşım vardı. Qarabağ rəhbərliyi daim mənə sahib çıxdı. Bir ağdamlı, qarabağlı olaraq daim rəhbərliyin diqqətini öz üzərimdə hiss etmişəm. Onlardan bu baxımdan heç vaxt narazı qala bilmərəm. Qarabağ`a 2-ci dönüşümdə də demişdim, Qarabağ mənim ailəmdi. Yaradılan bütün bu şəraitə görə klub rəhbərliyinə təşəkkür edirəm”.
