25 noyabr 2010 19:12
ÇL iştirakçısı olan klub baş məşqçisini qovdu
Rumıniyanın CFR Cluj klubunun rəhbərliyi baş məşqçi Sorin Kirtsu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, buna 55 yaşlı mütəxəssisin Çempionlar Liqasının son turunda İsveçrədə Basel ilə oyun zamanı gözlənilməz hərəkəti səbəb olub.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Basel`in 1:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmanın 75-ci dəqiqəsində Kirtsu təpiklə ehtiyat oyunçular skamyasının şüşəsini qırıb. Məhz bu hərəkətinə görə klub prezidenti tərəfindən postundan qovulan baş məşqçinin əvəzinə Alinya Minteyan təyin olunub.
