25 noyabr 2010 20:26
Araz etimadı doğrulda bilmədi
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Araz`ı UEFA kubokunda hansı aqibət gözləyir” sualı ilə müraciət etdiyimiz sorğunun iştirakçıları komandamıza böyük etimad bəsləsələr də, gözlənilənlər reallaşmayıb.
Məsələ burasındadır ki, respondentlərin 65 faizi ilk iki oyununda 4 xalı olan təmsilçimizin heç də asan vəziyyətdə olmadığı halda, “Dördlər finalına yüksələcəyini düşünürdü. Sorğuya qatılanların 18 faizi komandamızın Viz-Sinara`ya qalib gəlib, qrupda qalacağını proqnozlaşdırırdısa, yalnız 3 faizi Rusiya klubu ilə qarşılaşmadan məğlub ayrılacağımıza əmin idi.
