25 noyabr 2010 21:03
Belaruslular Azərbaycan çempionuna rəqib olmaq istəmirlər
Belarusun BATE klubunun gələn ilin yanvarında Sankt-Peterburqda keçiriləcək Birlik kubokunda iştirakdan boyun qaçırması bu ölkənin futbol federasiyasını çətin vəziyyətdə qoyub. Azerisport.az xəbər verir ki, hazırda Avropa Liqasında çıxış edən və buna görə turnirə qatılmayacaqlarını bəyan edən Borisov klubunun əvəzində Rusiyaya gedəcəyi gözlənilən gümüş medalların sahibi Şaxtyor da eyni addımı atıb.
Klubun direktoru Vadim Filipoviç bunu Birlik kubokuna getməyin onların öncədən nəzərdə tutulan planlarına daxil olmaması ilə əlaqələndirib. İndi Belarus Futbol Federasiyası digər klublara müraciət etmək məcburiyyətində qalıb. Onların ilk cəhdi bürünc medalların sahibi Minsk olacaq. Lakin bu klubun rəhbərliyinin hansı qərar verəcəyi dəqiq bilinmir.
