25 noyabr 2010 21:12
Əsgər Abdullayev: Bu sualı klub rəhbərlərinə verin
AZAL-ın və Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev özü də daxil olmaqla Ağasəlim Mircavadov, Yunis Hüseynov, Vaqif Sadıqov və digər yerli məşqçilərin işsiz qalmasına münasibət bildirib. Azerisport.az-a açıqlamasında təcrübəli mütəxəssis bunları qeyd edib:
“Bilmirəm. Не знаю. Etiraf edirəm ki, bu sualınız məni də maraqlandırır. Ola bilsin ki, biz nəyisə bilmirik. Gəlin bu suala mən yox, onlar cavab versin. Sizdən xahişim budur ki, bu sualı klub rəhbərlərinə verəsiniz. Axı baş məşqçiləri onlar seçirlər”.
