25 noyabr 2010 11:01
Barcelona`nın biabır etdiyi klub özünə yeni məşqçi tapdı
İspaniyanın Almeria klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən kluba Xose Luis Oltra rəhbərlik edəcək.
Ötən həftə doğma divarlar arasında Barcelona`ya öz meydanında 0:8 hesabıyla məğlub olan Almeria`nın rəhbərliyi oyundan dərhal sonra baş məşqçi Xuan Manuel Lilonun qovulması haqda qərar qəbul etmişdi. Yeni baş məşqçi axtarışına çıxan klub başbilənləri məhz Oltra ilə bu boşluğu doldurmağı üstün tutublar.
Qeyd edək ki, 41 yaşlı Oltra daha öncə Tenerife və Levante komandalarının da sükanı arxasında çalışıb. Hazırda çempionatda 19-cu pillədə qərarlaşan Almeria həftə sonu Valencia ilə qarşılaşacaq.
