25 noyabr 2010 11:12
Karvan - Bakılı matçının hakimi dəyişdirildi
Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının 12-ci turunun bir oyununun hakimi dəyişdirilib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Karvan - Bakılı oyununda köməkçi hakim funksiyasını öncədən təyin edildiyi kimi Mətin Vəliyev yox, Vüqar Bayramov yerinə yetirəcək.
Birinci divizion
12-ci tur
27 noyabr (şənbə)
Karvan - Bakılı
Hakimlər: Azad Mütəllimov, Vüqar Bayramov, Akif Adıgözəlov, Pərviz Bağırov.
Yevlax. Şəhər stadionu. Saat 14:00.
