25 noyabr 2010 11:23
Ertoğrul Sağlam istefaya hazırlaşır
Türkiyənin Bursaspor klubunun baş məşqçisi Ertoğrul Sağlam istefaya hazırlaşır. Azerisport.az xəbər verir ki, bu haqda iddianı qardaş ölkə mətbuatı ortaya atıb. Həmkarlarımızın yazdığına görə dünən gecə səfərdə İspaniyanın Valencia klubuna 1:6 hesablı biabırçı məğlubiyyətlə üzləşən bursalıların çalışdırıcısı bütün günahı özündə gördüyünü və tezliklə istefa verəcəyinə işarə vurub. Hər halda onun matçdan sonrakı açıqlamaları belə deməyə əsas verir:
“Çox danışılacaq bir şey yoxdu. Valencia çox yaxşı oynadı və çox yaxşı bir nəticəyə imza atdı. Tərəfdarlarımızdan üzr istəyirik. Bu yenilginin tək günahkarı mənəm. Ortada ağır bir məsuliyyət var. Bu məsuliyyəti də mən daşıyıram, cəzanı mən ödəyəcəyəm. Ən qısa zamanda lazım olanı edəcəm. Hələliksə önümüzdə çox önəmli iki qarşılaşma var. Kayserispor və Beşiktaş matçlarından sonra lazım olan ediləcək”.
