25 noyabr 2010 00:01
"Vampirlik" edən futbolçu cəzalandırıldı (VİDEO)
Hollandiyanın "Ajax" klubunun hücumçusu Luis Suares "PSV Eindhoven"-lə görüşdə rəqib futbolçu Otman Bakkalın boyunundan dişləyib. Azerisport.az xəbər verir ki, "vampirlik" hisslərini oyadan uruqvaylı forvard 7 oyunluq cəza aldı. Baxmayaraq ki, ilk öncə bu cəza yalnız 2 oyunluq idi, sonradan cəzanın müddəti artırıldı.
Qeyd edək ki, nə futbolçunun özü, nə "Ajax" klubunun nümayəndələri bu qərara şikayət verməyib.
Mənbə: Sky Sports
