25 noyabr 2010 12:35
Bakı - Xəzər Lənkəran oyununun vaxtı dəyişdirildi
Premyer Liqanın 15-ci turunun Bakı - Xəzər Lənkəran oyununun başlama vaxtında dəyişiklik olunub. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, canlı yayımla əlaqədar olaraq, Bakı - Xəzər Lənkəran oyunu saat 16:10-da başlayacaq.
Premyer Liqa
15-ci tur
27 noyabr (şənbə)
Bakı - Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:10.
