26 noyabr 2010 13:29
Azərbaycanlı samboçu Rusiyada narkotik alveri edərkən yaxalandı
Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunda Türkmənistan vətəndaşı olan 37 yaşlı Ruslan K. adlı samboçu həbs olunub. Azerisport.az xəbər verir ki, buna səbəb onun üzərindən 2,8 qram heroin tapılması səbəb olub.
Lakin ən maraqlısı həmin idmançının əslən azərbaycanlı olmasının aşkarlanmasıdır. Ruslanın Türkmənistan vətəndaşlığını daşımasına rəğmən, Azərbaycan olduğu bildirilir. Hüquq-mühafizə orqanlarından bildirilir ki, saxlanılan şəxs narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanın üzvüdür. Faktla bağlı cinayət işi qaldırılıb.
