26 noyabr 2010 13:50
Emil Mpenza: Qarabağ`ın bütün zəif və üstün cəhətlərini bilirik
Neftçi-nin belçikalı hücumçusu Emil Mpenza klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, son turda xal itirmələrinə toxunan təcrübəli futbolçu qarşıdakı Qarabağ`la oyun haqda da düşüncələrini dilə gətirib:
“Qəbələ ilə oyunda hakimin səhvləri ucbatından xal itirdik. Əsasən də görüşün sonlarına yaxın baş verən Bahodir Nasimovun epizodunda. Bahodir kimi fiziki gücə malik futbolçuya toxunan olmasa, o topu tora qovuşduracaqdı. Rəqibin müdafiəçisi onun qarşısını almaq üçün kobudluğa əl atıb. Məhz buna görə mən düşünürəm ki, həmin an matçın hakimi penalti nöqtəsini göstərməli idi. Növbəti oyunumuz Qarabağ`ladır. Rəqibin bütün zəif və üstün cəhətlərini bilirik. Bu oyunda yeganə məqsədimiz 3 xal qazanmaqdır. Biz Premyer Liqanın lideriyik, hədəfimiz çempionatın sonuna qədər bu liderliyi davam etdirib çempion olmaqdır. Biz komanda olaraq bu hədəfə köklənmişik”.
