26 noyabr 2010 14:01
İnter prezidentindən baş məşqçiyə dəstək
İtaliyanın Inter klubunun prezidenti Massimo Moratti, son günlərdə ulduz oyunçuları Kambiassonun və klub rəhbərliyinin baş məşqçi Rafael Benitesi istəmədiyinə dair çıxan xəbərləri yalanlayıb. Azerisport.az xəbər verir ki, son zamanlarda kifayət qədər müzakirə olunan ispaniyalı mütəxəssisin müdafiəsinə qalxan klub prezidenti, onun arxasında olduğunu və bir yerə getmədiyini açıqlayıb:
“Esteban Kambiassonun Benitesi komandada görmək istəməməsi həqiqəti əks etdirmir. Belə bir durum heç söhbət mövzusu da ola bilməz. Hər bir oyunçumuz kimi, o da baş məşqçimizə hörmət edir. Rafanı göndərəcəyimizə dair məlumatlar da düz deyil. Biz hər zaman baş məşqçimizin yanındayıq və yenə ən böyük uğurlara imza atmaq yolunda onun düzgün seçim olduğuna əminik”.
