26 noyabr 2010 14:06
Rəşad Sadıqovun da “Qızıl Top”la bağlı versiyaları məlum oldu
Millimizin baş məşqçisi Berti Foqtsla yanaşı, artıq əsas komandamızın kapitanı Rəşad Sadıqovun da “Qızıl Top”a namizədlər arasında kimlərə səs verdiyi məlum olub. Azerisport.az xəbər verir ki, hazıırda Eskişehirspor klubunun şərəfini qoruyan futbolçumuzun versiyasına görə, 2010-cu ilin ən yaxşı futbolçusu hollandiyalı Uesli Sneyder olmalıdır. İkinci yerdə ispaniyalı Xaviyə şans tanıyan həmyerlimiz Foqtsun “Qızıl Top”a layiq bildiyi uruqvaylı Dieqo Forlanı da 3-cü yerdə göstərib.
Sadıqovun məşqçilər arasındakı seçiminə gəlincə, birinci yerə Real`ın baş məşqçisi Joze Mourinyonu layiq bilib. İkinci yerdə İspaniya millisinin çalışdırıcısı Visente del Boskeyə səs verən həmyerlimiz sonuncu pilləyə də Bayern Munich`in çalışdırıcısı Lui van Qalı layiq görüb.
