26 noyabr 2010 14:28
Qarabağ`ın yarımmüdafiəçisini Latviya yığmasında görmək istəmirlər
Ağdamın Qarabağ klubunun yarımmüdafiəçisi Andrey Rubinsi Latviya yığmasında görmək istəmirlər. Azerisport.az xəbər verir ki, bu barədə latviyalı həmkarlarımız qeyd edib. Onlar baş məşqçi Aleksandr Starkovun bəzi islahatlara əl atmasının vacib olduğunu düşünürlər ki, bu mənada Rubinsin də yığmada qalmasını istəmirlər:
“Şübhəsiz ki, Astafyevs, Layzans və Rubins millinin rəmzləri sayılırlar. Ancaq çoxları belə hesab edir ki, artıq onların vaxtı keçib. Onları kimlərləsə əvəz etmək lazımdır”.
