26 noyabr 2010 14:52
Qus Hiddink: Onları məşqə çıxarmaq üçün öpməyimiz lazımdır?
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink maraqlı iddia ilə çıxış edib. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis bəzi futbolçuların zədələrini bəhanə edərək, məşqlərə qatılmaq istəmədiyini bəyan edib.
Onun türkiyəli oyunçularla bağlı dilə gətirdiyi həmin fikirlərinə diqqət yetirək: “Türk futbolcular çox qəribədir. Məşqə çıxarmaq üçün onları uşaq kimi öpməyimiz, əzizləməyimizmi lazımdır”?
