26 noyabr 2010 15:23
Neftçi Şturm və Rubin`lə qarşılaşa bilər
Hazırda Premyer Liqaya liderlik edən Bakının Neftçi klubu gələn ilin yanvar ayında Türkiyənin Antalya bölgəsində iki təlim-məşq toplanışı keçirəcək. Azerisport.az paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğluna istinadən xəbər verir ki, “ağ-qaralar” qardaş ölkədə bir neçə sınaq matçı da keçirməyi planlaşdırır. Yanvarın 19-da Arif Əsədovun yetirmələri Rusiyanın Rubin klubunun əvəzediciləri ilə, 29-da isə Avstriyanın Şturm klubu ilə sınaq matçı keçirməyi planlaşdırırlar.
