26 noyabr 2010 15:37
Qəbələ qış planlarını dəyişdi
Qəbələ klubun rəhbərliyi komandanın qış planlarında dəyişiklik etmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, baş məşqçi Toni Adams öncə komandasını Dubaya aparmaq istəyirdisə, sonradan fikrini dəyişərək Antalyaya getmək variantı üzərində dayanıb. Bölgə təmsilçisi Azərbaycanı yanvarın 16-da tərk edəcək. Türkiyədə iki yoldaşlıq oyunu da keçirməyi planlaşdıran ingilis mütəxəssisin komandasının rəqibləri məhz orda müəyyənləşəcək.
