26 noyabr 2010 15:52
Georgi Adamiya: Qələbəyə daha çox bizim ehtiyacımız var
Bütün çempionatların iştirakçısı olan Neftçi və Qarabağ`ın mücadiləsi daim maraq və gərginliyi ilə yadda qalır. Azerisport.az xəbər verir ki, bu derbidə hər 2 tərəfin fomasını geyinmiş yetərincə futbolçu var. Onlardan biri də vaxtilə Neftçi`də parlamış, cari birincilikdə isə Qarabağ`ın bombardiri Georgi Adamiyadır. 29 yaşlı futbolçu derbi öncəsi klubun rəsmi saytına öz fikirlərini bildirib:
“Son oyunlarda heç də istədiyimiz kimi çıxış edə bilmirik. Amma toparlanacağımıza inanıram. İnanıram ki, bir qələbəylə işlərimizi düzəldəcəyik. Son oyunlarda qol vura bilmirəm. Ümid edirəm ki, bu dəfə qol vurmaqla həm də komandamızın qələbəsini yardım edə biləcəm. Neftçi cari mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa oynayırlar. Amma bizim qələbəyə daha çox ehtiyacımız var. Maraqlı oyun olacaq. Derbilərin havası həmişə fərqli olur. İnşallah, Qarabağ Neftçi üzərində qələbəylə yüksəlişə keçəcək”.
