26 noyabr 2010 16:14

Arif Əsədov: Hazırda mənim komandam daha güclüdür

Neftçi futbol klubunun baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 15-ci turu çərçivəsində baş tutacaq Ağdamın Qarabağ klubu oyun və Bahodir Nasimov haqda danışıb.
 
- Qarabağ`la oyuna hazırlıqdan razı qaldınızmı?
- Ümumilikdə, razıyam. Əlbəttə, Rail Məlikov, Paulus Qribauskas və Flavinyonun itkisi bizim əsas problemimiz olaraq qalır. Nə olar, çalışarıq onlarsız da keçinək.
 
- İlk dövrədə ağdamlılarla çətin oyun yada düşür (1:1). İndi çox şey dəyişib, rəqib arıtq o qədər təhlükəli deyil, Neftçi isə Azərbaycan çempionatının lideridir.
- O oyundan bəri çox şey dəyişib. Onda biz öz yolumuza yenicə başlayırdıq. Hazırda mənim komandam daha güclüdür. Baxmayaraq ki, bu amil belə oyunlarda ikinci plana keçir. Bu özünəməxsus derbidir, altı xallıq oyundur.
 
- Bu görüşdən nə gözləyirsiniz?
- Ancaq qələbə. Qəbələ ilə oyunda itirilən iki xaldan sonra yenidən kimləsə xalları bölmək iztəməzdik. Oyunla bağlı bizim sizinlə paylaşa bilməyəcəyim planlarımız var. Taktika seçimimizin düzgünlüyünü oyun göstərəcək.
 
- Bu oyunda komandanı hansı çətinliklər gözləyir?
- İndi bu haqda danışmaq çətindi. Yəqin ki, bununla oyunun gedişində üzləşəcəyik. Onda da həll edərik.
 
- Rəqib yaxşı günlərini yaşamır, razısız?
- Hər klubun öz problemləri var. Kadr itkiləri haqda mən artıq danışdım. Mənim də futbolçularımı həm də Azərbaycan yığmasına cəlb edirlər. Belə ki, biz də yorulmuşuq.
 
- Ağdamlıların orta xətti kifayət qədər güclüdür. Üstəlik, yarımmüdafiəçiniz Flavinyonun yoxluğu...
- Biz öz yarımmüdafiəmizi bir futbolçunun üzərində qurmuruq. Əlbəttə, rəqib öz cərimə meydanında qapanırsa, Flavinyo lazımı oyunçudur. Bu halda biz onu kimlə əvəzləməyi düşünüb taparıq. Bizim öz oyununu göstərmək şansını gözləyən kifayət qədər oyunçumuz var.
 
- Klub rəhbərliyi arıtq Bahodir Nasimovun Neftçi`dəki gələcəyi ilə bağlı danışıqlara başlayıb. Bəs siz buna dair nə düşünürsünüz?
- Əgər klub rəhbərliyi Kazan Rubin`i ilə danışıqlar aparırsa, burda mənim də razılığım var. Əlbəttə, mən də baş məşqçi kimi özbəyi gələcəkdə də öz komandamda görmək istərdim.
 
- Yeri gəlmişkən, sizin üçün Nasimovun icarə və ya daimi əsaslarla oynamasının əhəmiyyəti var?
- Əlbəttə, ikinci varian daha cəlbedici görünür. Belədə futbolçu komandaya daha da can yandırar. Yeri gəlmişkən, tək Bahodiri deyil, bizimlə icarə əsasında çıxış edən daha bir neçə oyunçunu saxlamaq istərdik. Əlbəttə, bir qədər də gücləndirib, bu heyətlə çox şeyə nail olmaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.