26 noyabr 2010 16:43
AFFA əsas millimiz üçün Avropa və Asiyada rəqib axtarır
AFFA rəhbərliyi futbol üzrə əsas milli komandamız üçün 2010-cu ilin fevral ayının 9-da yoldaşlıq oyunu keçirmək üçün rəqib axtarır. Azerisport.az futbol qurumunun baş katibi Elxan Məmmədova istinadən xəbər verir ki, komandamız həmin tarixdə Avropa və Asiya millilərindən biri ilə sınaq matçı keçirmək arzusundadır. Lakin hələlik bu oyunun səfərdə keçiriləcəyindən başqa heç nə dəqiq deyil.
