26 noyabr 2010 16:52
Əmrənin meneceri Qəbələ`nin məşqçisini təriflədi
Türkiyənin Galatasaray klubunun gənc futbolçusu Əmrə Çolakın meneceri Əli Sapan hazırda ölkəmizdə, Qəbələ`nin aşağı yaş qrupu üzrə komandalarında fəaliyyət göstərən Rəcəb Yazıcı haqda maraqlı fikirlər səsləndirib. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən menecer Yazıçının uşaq məşqçisi kimi böyük təcrübəyə malik olduğunu dilə gətirib:
“Rəcəp Yazıçı Əmrəni Atışalanıspor`a 20 dəri gödəkçə və beş top verərək transfer etmişdi. Rəcəp hoca indi Azərbaycanda çalışır və xarüqələr yaradır. O, Galatasaray`dan gedəndən sonra bu klubun aşağı yaş qrupunda istedadlı futbolçular yetişmir”.
