26 noyabr 2010 17:09
Azərbaycan yığması Real üzərində qələbə qazandı
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Real (Bakı) komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Ruslan Abdullayev və Davud Qarayev vurub.
Qeyd edək ki, bu oyun AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçirilib. Oyunun bu stadionda keçirilməsində məqsəd tikintisi başa çatmaqda olan stadionun örtüyünün UEFA-nın tövsiyəsi ilə sınaqdan çıxarılması olub.
