26 noyabr 2010 18:28

Millimizin rəqiblərinin oyunçu savaşı son mərhələdə

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə və Almaniya yığmaları bir futbolçu uğrunda gərgin mübarizəyə girişib. Azerisport.az xəbər verir ki, qardaş ölkə millisinin çalışdırıcısı köməkçisi Oğuz Çetinlə birgə Almanyanın Hannover şəhərinə yollanıb.
 
Onların bu səfərində məqsəd kimi Hannover – Freiburg matçını izləmək göstərilir. Lakin artıq hər kəs bilir ki, hollandiyalı mütəxəssislə köməkçisinin bu oyuna gəlməkdə əsas məqsədi Freiburg’da forma geyən Ömer Toprak adlı oyunçunun çıxışını izləmək və onunla yaxından görüşüb, söhbətləşməkdir.
 
Qeyd edək ki, bu oyunçu keçmişdə Almaniyanın gənclərdən ibarət millisində çıxış etsə də, ağır zədə aldıqdan sonra diqqətdən kənarda qalıb. Lakin hazırda yenidən parlaq oyun sərgiləməyə başlaması Avropada türk oyunçuları milliləşdirməklə məşğul olan Türkiyə millisinin rəhbərliyini fəaliyyətə keçməyə məcbur edib.
 
Lakin türklərin bu siyasətinə bir müddət öncə etirazını dilə gətirən Almaniya millisinin baş məşqçisi Yoahim Löv də açıqlama verərək, bu futbolçuyla danışıqlar aparacağını və Almaniya yığmasına dəvət edəcəyini bildirmişdi. İndi Ömerin bu iki ölkədən hansına üstünlük verəcəyi maraqla gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.