26 noyabr 2010 11:07

Rəşad Sadıqovun komandası bu gün Manisaspor`la qarşılaşacaq

Milli komandamızın kapitanı Rəşad Sadıqovun top qovduğu Eskişehirspor bu gün Türkiyənin Superliqasının 14-cü turu çərçivəsində növbəti oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, hesabat turununun açılışını etmiş olacaq eskişehirlilərin heyətində millimizin müdafiəçimizin bu dəfə də forma geyməsi inandırıcı görünmür.
 
 
Hələ Fenerbahçe ilə qarşılaşmada sıradan çıxan Rəşad son oyunları buraxmaq məcburiyyətində qaldı. Yalnız bu həftənin əvvəlindən hazırlıqlara start verən Sadıqov özü də bildirir ki, Manisa ilə oyuna tam hazır deyil və güman ki, forma geyə bilməyəcək.
 
Baş məşqçi Bülənt Uyğunun rəhbərliyi altında dünən son məşqinə çıxan Rəşad və oyundaşları daha çox taktiki hazırlıqlar üzərində işləyiblər. Həmin son çalışmada həmyerlimiz də oyundaşlarıyla birgə məşq edib. Məhz bu hazırlıq prosesindən sonra komanda üzvləri klubun bazasında matç saatını gözləməyə başlayıblar.
 
Baş məşqçi isə son məşqin ardından inamlı açıqlama verib: “Komanda olaraq yaxşı durumdayıq. Manisaspor`la oyuna artıq çox qısa zaman qaldı. Meydandan 3 xalla ayrılacağımızı düşünürəm. Bunu bacaracaq yaxşı heyətimiz var”.
 
Qeyd edək ki, Bakı vaxtı ilə 22:00-da başlayacaq Eskişehirspor – Manisaspor matçı ərəfəsində Rəşadın komandası 12 xalla 14-cü, rəqibləri isə 15 xalla 12-ci sıradadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.