26 noyabr 2010 11:48
Xavi: Real`la oyunun favoriti bizik
Barcelona`nın ulduz futbolcusu, İsaniya millisinin də şərəfini qoruyan Xavi Ernandes Madrid Real`ı ilə qarşıdakı oyunla bağlı maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının son turunun Panathinaikos ilə matçından sonra təcrübəli futbolçu El Klasiko öncəsi şanslarını dəyərləndirib:
“El Klasikonun favoriti bizik. Evimizdə, tərəfdarımızın önündə oynayacağıq. Çox yaxşı bir forma yığmış durumdayıq. Bunun yanında qalibiyyəti hər şeydən çox istəyirik”.
