26 noyabr 2010 00:00
UEFA Mourinyo və oyunçularıyla bağlı araşdırmalara başladı
UEFA Madrid Real`ının baş məşqçisi Joze Mourinyo və oyunçularıyla, CFR Cluj klubunun baş məşqçisi Sorin Kirtsunun son hərəkətləri ilə bağlı araşdırmalara başlayıb. Azerisport.az xəbər verir ki, hər iki mütəxəssisin, eləcə də İspaniya klubunun oyunçularının idman prinsiplərinə zidd hərəkəti təsdiq olunacağı, onları sərt cəzalar gözləyir.
Xatırladaq ki, Ajax ilə oyunda Real`ın 2 oyunçusu - Serxio Ramos və Xabi Alonso qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. Lakin sonradan matça aid görüntülərdə köməkçi məşqçi Jerji Dudekin Joze Mourinyo və qapıçı İker Kasilyasla fısıldaşmaları aşkarlanmış, bu da həmin oyunçuların məhz baş məşqçinin təlimatlarına əsasən belə addım atmasına inamı artırmışdı.
Elə həmin gecə oynanılan və Basel`in minimal hesablı qələbəsi ilə başa çatan oyunda CFR Cluj`un baş məşçisi ehtiyat oyunçular skamyasının şüşəsini qırdığına görə, ciddi cəzalana bilər. Baxmayaraq ki, artıq klub rəhbərliyi ona layiqli cəzanı verib – oyundan dərhal sonra istefaya yollayıb.
Qeyd edək ki, UEFA bu olaylar haqqındakı qərarını noyabrın 30-da verəcək.
