26 noyabr 2010 00:03
Araz`ın baş məşqçisi: Məğlub olmağımıza bu amilin təsiri oldu
Futzal üzrə UEFA kubokunun elit-raundunda keçirilmiş Araz - VİZ-Sinara (Rusiya) oyunundan sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bu haqda aşağıdakıları söyləyib:
“Komandam haqda mənfi fikir söyləyə bilmərəm. İlk oyunda minimal hesablı qələbə qazanmağımız işimizi çətinləşdirdi. Qol imkanlarından maksimum istifadə etməliydik. Son turda isə, İtaliya təmsilçisinin Kipr klubu üzərində böyük hesabla qələbə qazanması növbəti mərhələyə çıxmaq şansımızı xeyli azaltdı. Məğlub olmağımıza bu amilin də təsiri oldu. Komandamın bu mərhələdə nümayiş etdirdiyi oyundan razıyam.
