26 noyabr 2010 12:14
XL üçün son illərin ən arzuolunmaz rəqibi: Bakı
Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək oyunlardan ikisi daha böyük prinsipiallıq daşıyır. Azerisport.az xəbər verir ki, ən köklü klublarımızdan olan Qarabağ`la Neftçi`nin oyunu ilə yanaşı, son illər futbolumuzda dəbi müəyyənləşdirən klublara çevrilən Bakı və Xəzər Lənkəran`ın da mübarizəsi böyük maraqla gözlənilir. Artıq sabah baş tutacaq bu son qarşılaşmayla bağlı bəzi statistik məqamlara diqqət yetirmək pis olmazdı.
XL və Bakı indiyədək 20 dəfə görüşüb ki, bu oyunlardan 8-də heç-heçə qeyd alınıb. Digər oyunlarda isə 5 dəfə Lənkəran, 7 dəfə isə paytaxt klubu qələbəyə sevinən tərəf olub. Topların fərqinə görə isə XL öndədi - 19:16.
Son dövrlər bu komandaların duellərində bir qayda olaraq Bakı futbolçuları qələbəni bayram edən tərəf olur. Hər halda artıq 4 oyundu bu rəqibinə yenilməyən “zolaqlılar” həmin qarşılaşmalardan da 3-də meydanı qalib kimi tərk etməklə, XL üçün arzuolunmaz rəqibə çevrilir. Elə cari mövsümdə pis təsir bağışlamasına rəğmən, yenə səfərdən xalla qayıtmağa nail olan Bakı`nın bu seriyanı davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir. Xəzər Lənkəran isə mütləq bu uğursuz sindroma son qoymaq üçün çalışacaq.
Bakı ilə XL arasındakı bütün oyunlar:
2004/05
Bakı – XL - 2:0
XL - Bakı - 2:0
2005/06
XL - Bakı - 0:1
Bakı – XL - 1:1
2006/07
XL – Bakı - 1:0
Bakı - XL - 0:0
Ölkə kuboku, 1/4 final
Bakı – XL - 0:2
XL - Bakı - 0:1
2007/08
Bakı – XL - 2:2
XL - Bakı - 0:0
2008/09
Bakı – XL - 0:0
XL - Bakı - 3:0
Ölkə kuboku, 1/1 final
XL – Bakı - 0:1
Bakı – XL - 2:2
2009/10
XL - Bakı - 1:1
Bakı – XL - 0:3
Bakı – XL - 1:0
XL - Bakı - 0:1
Ölkə kuboku, Final
Bakı – XL - 2:1
2010/11
XL - Bakı - 1:1
Bakı – XL - ?:?
