26 noyabr 2010 00:16

Azərbaycan çempionu “Dördlər finalı” yolunda ilk addımında büdrəmişdi

Futzal üzrə UEFA kubokunun elit-raundunun B qrupunun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, turnirdəki təmsilçimiz – son Azərbaycan çempionu Araz çıxışını elə bu mərhələdəcə başa vurmalı oldu.
 
Naxçıvan klubunun noyabrın 22-də keçirdiyi Kipr təmsilçisi Ararat Nikosiya ilə oyunda çətin qələbə qazanması (2:1) o vaxt bir qədər təəssüf doğursa da, sonda bu qədər ciddi əhəmiyyət daşıyacağı bəlkə də ağıla gəlmirdi. Çünki həmin gün qrupumuzun digər əsas favoritlərindən İtaliyanın Montesilvano klubu da meydan sahibi olan VİZ-Sinara üzərində eynihesablı qələbə qazanmışdı və ciddi həyəcan təbili yox idi.
 
Lakin elə növbəti turda vəziyyət gərginləşdi. İkinci turda komandamız əsas rəqibi Montesilvano ilə qarşılaşmada məğlubiyyətdən çətinliklə xilas oldu və sonda 2:2 hesablı heç-heçəyə razılaşdı. Qrupun digər oyununda isə ilk oyunlarını eyni hesabla uduzan (1:2) Rusiya və Kipr klubları münasibətlərinə aydınlıq gətirdilər. Məhz həmin görüş sübut etdi ki, Araz Nikosiya təmsilçisi üzərində rahat şəkildə böyükhesablı qələbə qazana bilərmiş. Çünki ruslar bu rəqibləri üzərində 12:1 hesablı darmadağına imza atdılar.
 
Məhz ikinci turun oyunlarından sonra hamımızın içini kiçik bir inamsızlıq hissi bürüdü. Çünki Araz`ın VİZ-Sinara üzərində böyükhesablı qələbə qazanması, Montesilvano`nun Ararat üzərində eyni uğura imza atması qədər inandırıcı görünmürdü. Gözlənildiyi kimi də oldu. Daha tez keçirilən qarşılaşmada italyanlar rahatlıqla kiprlilərin qapısından 10 cavabsız top keçirib, öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Ararat`ın sensasiya edəcəyinə dair gözləntilərimiz isə puça uğradı.
 
Məhz həmin oyundakı fərqin böyüklüyü Araz`ın ruslarla son oyundakı uğursuzluğuna təsirsiz ötüşmədi. Çox güman ki, artıq futzalçılarımız özləri də gözəl başa düşürdülər ki, VİZ-Sinara Ararat kimi asan yem deyil və onların qapısından 11 qol keçirmək mümkün olmayacaq. Hansı ki, “Dördlər finalı”na yollanmaq üçün məhz bu qədər qol vurmaq lazım idi. Ancaq Araz həmin qollardan yalnız ikisini (!) vurmağa nail oldu. Həmin 2 qol isə heç VİZ-Sinara üzərində qələbəyə yetmədi.
 
Bütövlükdə isə məhz indi əminliklə söyləmək olar: Araz növbəti mərhələyə yollanmaq şansını məhz elə ilk turda Ararat Nikosiya üzərində böyükhesablı qələbə qazanmamaqla qaçırmışdı. Düzdü, “Dördlər finalı”na daha layiqli olduğunu Nəticə etibarilə Araz`ın qrupda 3-cü olması və “Dördlər finalı”na vəsiqə qazana bilməməsi ciddi uğursuzluq kimi dəyərləndirilməlidir. Axı Naxçıvan klubu elə ötən UEFA kubokunda dörd ən güclü klub arasına düşməyi bacarmış və üçüncü olmuşdu. İndi isə elit-raundun yarımqrupunda üçüncü olur. Hər halda “inkişaf” göz qabağındadı.
 
 
Futzal
UEFA kuboku (Elit-raund)
Qrup mərhələsi
25 noyabr
 
Araz (Azərbaycan) – VİZ-Sinara (Rusiya) - 2:3 (1:1)
Rusiya. Yekaterinburq. İdman Sarayı.
Qollar: Eder, 9 (1:0), Prudnikov, 12 (1:1). Moxov, 34 (1:2), Fərzəliyev, 37-pen (2:2), Moxov, 39 (2:3).
 
ARAZ: 1. Andrey Tveryankin. 5. Felipe, 6. Konstantin Duşkeviç, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 29. Marat Salyanski, 4. Anderson, 7. Enrike, 9. Bartolo, 10. Zeynal Zeynalov, 11. Melio Borxes Eduardo, 12. Eder.
Baş məqşçi: Joze Alesio da Silva.
VİZ-SİNARA: 16. Sergey Zuyev, 3. Aleksey Moxov, 11. Andrey Prudnikov, 17. Pavel Çistopolov, 19. Konstantin Aqapov, 1. Aleksandr Dedov, 2. Aleksandr İvanov, 9. Sergey Abramov, 10. Damir Xamadiyev, 14. Nikolay Maltsev, 15. Artyom Katser, 58. Artyom Çudinov.
Baş məşqçi: Sergey Skoroviç.
 
 
1. Montesilvano        3          2          1           0          14-3      7
2. VİZ-Sinara             3          2          0           1           16-5     6
3. Araz                        2          1          1           1            6-6      4
4. Ararat                     3          0          0           3           2-24     0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.