26 noyabr 2010 12:29
Superliqa klubu xorvatiyalı oyunçusunu qovdu
Türkiyə Superliqa klublarından olan Bucaspor xorvatiyalı oyuncusu Stepan Tomasla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı yaydığı rəsmi məlumatda futbolçuyla qarşılıqlı razılıq əsasında müqavilənin dondurduqlarını bəyan edib.
Buna səbəb kimi isə, xorvat oyunçunun İstanbul Büyükşehir Belediyespor matçı öncəsi texniki heyətin icazəsi olmadan İstanbula getməsi səbəb göstərilir. Məhz bundan sonra Tomas klub prezidenti ilə də görüşərək, yollarını ayırmaq qərarına gəliblər.
