26 noyabr 2010 00:28
Galatasaray rəhbərliyi təkzib etdi
Galatasaray rəhbərliyi baş məşqçi George Hacinin 5 futbolçunu qışda komandadan uzaqlaşdırmaq haqda qərar hazırlaması haqda yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, “Cim Bom” rəsmiləri klubun rəsmi saytı vasitəsilə yaydığı açıqlamada bunları bildiriblər:
“Bəzi mətbuat orqanlarında baş məşqçimiz Hacinin bir neçə oyunçumuzu uzaqlaşdırmaq xahişi ilə rəhbərliyə müraciət etdiyi bildirilir. George Hacinin belə xahişdə bulunması və həmin oyunçularla bağlı deyilənlər həqiqəti əks etdirmir və qərəzli məqsəd daşıyır”.
