26 noyabr 2010 12:37
Mirça Rednik: Biz də eyni şey haqda düşünürük
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 15-ci turu çərçivəsində səfərdə qarşılaşacaqları Bakı ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az-a açıqlamasında rumıniyalı mütəxəssis bunları dilə gətirib:
“Mən mətbuatda oxumuşam ki, Bakı qələbə qazanacağına əmindi. Biz də eyni şey haqda düşünürük. Əgər komanda çempionluq üçün oynayırsa, məğlubiyyət barədə düşünmək olmaz. Razıyam ki, rəqibimiz Premyer Liqanın güclü komandalarından biridir. Ancaq bu bizi ancaq qələbə qazanmağa kökləyir”.
