26 noyabr 2010 13:00
Millimizin üzvünün komanda yoldaşına 30 milyonluq cəza
Millimizin aparıcı üzvü Rəşad Sadıqovun top qovduğu Türkiyənin Eskişehirspor klubunun idarə heyətinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda son həftə ərzində baş verən olaylar müzakirə olunub və bəzi qərarlar çıxarılıb.
Bu qərarlar içərisində ən diqqətçəkəni isə komandanın aparıcı hücumçusu və qol ümidi Batuhan Karadenizə cəza kəsilməsi olub. Baş məşqçi Bülənt Uyğunun rəhbərliyə verdiyi təqdimata əsasən bu hücumçunun şəxsi həyatı ilə bağlı yaşadığı problemlər səbəbindən idmançıya yaraşmayan hərəkətlərinə görə 30 milyon TL pul cəzası kəsilib.
