27 noyabr 2010 12:51
Rəşad Sadıqov Beşiktaş`a qarşı forma geyə biləcək
Millimizin və Türkiyənin Eskişehirspor klubunun müdafiəçisi Rəşad Sadıqov zədədən sonra hələ də bərpa prosesi keçir. Azerisport.az xəbər verir ki, həmyerlimiz artıq Fenerbahçe ilə qarşılaşmada sıradan çıxandan sonra, 3 oyundur ki, komandasına kömək edə bilmir.
Lakin Sadıqov artıq dekabrın 6-da oynanılacaq Kayserispor`la dueldə yaşıl meydanlara dönə bilər. Həmin oyunda forma geyə bilsə, çox güman ki, millimizin kapitanı dekabrın 10-da keçiriləcək Beşiktaş ilə ev oyununda da start heyətində yer almış olacaq.
