27 noyabr 2010 00:46

Premyer Liqada bir tura iki mərkəzi oyun

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turuna start veriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq, hesabat turu şənbə günü keçiriləcək üç oyunla başlayacaq, digər üç qarşılaşma isə sabah baş tutacaq. Tur iki prinsipial qarşılaşma (Bakı - Xəzər Lənkəran və Qarabağ - Neftçi) ilə yadda qalacaq ki, artıq indidən hər kəs maraqla bu oyunların nəticəsini gözləyir.
 
İlk oyun gününün daha tez start götürəcək qarşılaşmalarında Gəncə Premyer Liqanın autsayderi MOİK-i,Qəbələ isə Simurq`u qəbul edəcək. Rəqibləri ilə müqayisədə “ilk altılığa” düşməyi hədəfləyən Gəncə və Qəbələ təmsilçilərinin növbəti qələbələrini rəsmiləşdirmək şansı kifayət qədər yüksəkdi. Hər halda Fuad İsmayılovun yetirmələri ilk dövrədə MOİK-i səfər oyununda 5 cavabsız qolla məğlub etməyi bacarmışdı.
 
Doğma azarkeşlərinin gözü qarşısında Xəzər Lənkəran kimi çempionluğa oynayan komandaya qalib gələn qərb təmsilçisinin həmin arenada autsayderi məğlub etməməsi yəqin ki, turun sensasiyası olacaq. Baxmayaraq ki, MOİK kimi, Gəncə də son turlarada uğursuz nəticələrə imza atıb. “Hərbçilər”in ötən turlar ərzində orta hesabla hər oyunda 2-dən çox qol buraxdığını da qeyd etmək lazımdır. Əsasən təcrübəli futbolçulardan təşkil olunmuş Gəncə isə 19 qol vursa da, qapısında 20 qol görüb.
 
Mövsümə uğursuz başlamasına baxmayaraq, son 8 oyunda məğlub olmayan Qəbələ isə özündən söz etdirməkdə davam edir. Ev sahibi komanda həmin 8 oyundan 7-də qapısının toxunulmazlığını da qoruyub saxlaya bilib. Belədə gənclərdən təşkil olunan və autsayderlər qrupunda qərarlaşan Zaqatala klubunun Toni Adamsın komandasına hansısa problem yaratması inandırıcı görünmür. Üstəlik Qyoko Haciyevskinin komandası ötən tur zədə səbəbindən kapitan Rasim Ramaldanovu itirib. Düzdü Qəbələ`nin də aparıcı üzvlərindən Branimir Subaşiç və Bruno da Silvanın oynaması sual altındadır. Lakin bu komanda onların yoxluğunda da nəticə qazana bildiyini artıq sübut edib.
 
İlk oyun gününün ən maraqlı oyunu Bakıyla XL arasında keçiriləcək. Cari mövsümdə Lənkəranda keçirilən ilk oyunda  komandalar 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Son üç turda qalib gələrək turnir cədvəlinin 5-ci pilləsinədək yüksəlmiş Bakı`nı hazırda rəqibindən 9 xal ayırır. Lənkəran təmsilçisi isə ötən 14 tur ərzində qapısından cəmi 6 qol buraxmaqla ən etibarlı müdafiəyəyə malik olduğunu göstərib. Son turlarda uğurlu çıxışı ilə irəliləyən Bakı isə 21 qolla Liqanın ən çox qol vuran ikinci komandasıdır.
 
15-ci turun digər üç oyunu isə bazar günü keçiriləcək. AZAL Tovuzda Turan`ın, son çempion İnter isə Salyanda Muğan`ın qonağı olacaq. Qeyd edək ki, həm AZAL, həm də İnter son oyunlarda uğurlu çıxış edərək Neftçi və XL-la xal fərqini azaldıblar. Paytaxt klublarının bu dəfəki səfərlərindən də qələbəylə dönəcəyi şübhə doğurmur.
 
Nəhayət hesabat turunun mərkəzi qarşılaşması çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda əzəli rəqiblər olan Qarabağ`la Neftçi qarşılaşacaq. Cari mövsümün açılış turunda qarşılaşan komandalar o zaman 1:1 hesablı heç-heçəyə nail olmuşdular. Bazar günü keçiriləcək oyunda isə hər iki komandanı yalnız qələbə qane edə bilər. Ötən tur Qəbələ ilə oyunda əldə edilən qolsuz bərabərlik izləyicilərinin Neftçi ilə xal fərqini azaltmasına səbəb oldu. Son 5 oyununda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət alan Ağdam təmsilçisi isə uğursuz seriyaya son qoymaq niyyətindədir.
 
Azərbaycan Premyer Liqası
15-ci tur
27 noyabr (şənbə)
 
Gəncə - MOİK
Hakimlər: Elvin Əsgərov, Samir Hacıyev, Mübariz Haşımov, Ramil Diniyev.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Qəbələ - Simurq
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Azad Ə. Hüseynov, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Bakı - Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:30.
 
28 noyabr (bazar)
 
Muğan - İnter
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov.
Salyan. Şəhər stadionu. Saat 13:00.
 
Turan - AZAL
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
Qarabağ - Neftçi
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
 
1 Neftçi 14 9 4 1 29 - 7 31
2 XL 14 9 3 2 16 - 6 30
3 AZAL 14 8 4 2 20 - 7 28
4 İnter 14 8 3 3 13 - 9 27
5 Bakı 14 6 3 5 21 - 16 21
6 Qarabağ 14 6 3 5 15 - 11 21
7 Qəbələ 14 5 5 4 9 - 7 20
8 Gəncə 14 3 7 4 19 - 20 16
9 Turan 14 2 5 7 11 - 21 11
10 Muğan 14 2 5 7 6 - 16 11
11 Simurq 14 1 4 9 9 - 21 7
12 MOİK 14 1 2 11 5 - 32 5

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.