27 noyabr 2010 01:32
Qarabağ`ı qrup mərhələsinə buraxmayan məşqçiyə daha 4 il etimad
Almaniyanın Borussia Dortmund klubunun rəhbərliyi komandanın təcrübəli baş məşqçisi Yurgen Klopla sözləşməsinin müddətini artırmağa qərar verib. Azerisport.az xəbər verir ki, Almaniya təmsilçisi çalışdırıcısının daha 4 il klubda qalmasına nail olub.
Hazırda Bundesliqaya liderlik edən Borussia`nın baş məşqçisi yeni müqaviləyə əsasən 2014-cü ilə kimi hazırkı işinin başında olacaq. Bu haqda məlumatı Dortmund klubunun baş meneceri Hans-Yoahim Vatske də təsdiqləyib.
Qeyd edək ki, daha öncə Mainz klubunda fəaliyyət göstərmiş Klop 2008-ci ildən bu komandada çalışır. Cari mövsümü daha uğurlu keçirən dortmundlular onun rəhbərliyi altında yayda Avropa Liqasının pley-off mərhələsində Azərbaycan klubu Qarabağ üzərində qələbə qazanmaqla, təmsilçimizin qrup mərhələsinə yolunu kəsdilər.
