30 noyabr 2010 00:25
Türkiyə çempionatı: Bursaspor Kayserispor`un uğurlu seriyasını qırdı (YENİLƏNİB)
Türkiyə Superliqasında 14-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi bir qarşılaşma keçirilmişdi. Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Eskişehirspor doğma meydanda Manisaspor`u qəbul edib və əzmkar qələbə qazanıb. İkinci oyun günündə isə 4 görüş baş tutub. 2 qarşılaşma heç-heçə başa çatarkən çempionluğa namizəd Fenerbahçe və Trabzonspor növbəti qələbələrini - özüdə səfərdə rəsmiləşdiriblər. Üçüncü oyun günü isə Galatasaray - Beşiktaş derbisi ilə yaddaqalan olub. Qonaqlar çətin səfərdən qələbəylə dönməyi bacarıblar. Nəhayət turun qapanış matçında son çempion Bursaspor uğurlu çıxışıyla seçilən Kayserisporun uğurlu seriyasına son qoyub.
Türkiyə Superliqası
14-cü tur
26 noyabr
Eskişehirspor – Manisaspor – 2:1
Qollar: Burhan, 74, Batuhan, 87 – Güvən, 18.
27 noyabr
Konyaspor - Kasımpaşa - 2:2
Qollar: Tazemeta, 54, Şahin, 62 - Öcal, 7, Varela, 15.
Gaziantepspor - Trabzonspor - 1:3
Qollar: Güngör, 3 - Yılmaz, 30; 40-pen, Jaja, 75.
Matçın 38-ci dəqiqəsində meydan sahiblərinin üzvü Serdar Kurtuluş qırmızı vərəqə alıb
Genclerbirligi - Sivasspor - 1:1
Qollar: Aydoğdu, 19 - Pedriel, 11.
İstanbul BB - Fenerbahçe - 0:1
Qol: Aleks, 33.
Matçın 79-cu dəqiqəsində Fener`in oyunçusu Nyanq penaltini vura bilməyib.
Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin heyətində Eksioğlu qırmızı vərəqə alıb
28 noyabr
Karabükspor - Ankaragücü - 5:1
Qollar:Emenike, 26; 74, Parlak, 51, Hikmet, 58; 87 - Sapara, 59.
Bucaspor - Antalyaspor - 1:0
Qol: Ak, 89.
Matçın 90-cı dəqiqəsində meydan sahiblərinin üzvü Leko qırmızı vərəqə alıb.
Galatasaray - Beşiktaş - 1:2
Qollar: Kyuel, 90 - Quti, 8-pen, Nobre, 79.
29 noyabr
Bursaspor - Kayserispor - 2:0
Qollar: İnsua, 83, Sercan, 85.
| 1 | Trabzonspor | 14 | 10 | 3 | 1 | 32 | - | 9 | 33 |
| 2 | Bursaspor | 14 | 9 | 4 | 1 | 25 | - | 9 | 31 |
| 3 | Kayserispor | 14 | 8 | 4 | 2 | 18 | - | 8 | 28 |
| 4 | Fenerbahce | 14 | 8 | 3 | 3 | 36 | - | 18 | 27 |
| 5 | Besiktas | 14 | 7 | 3 | 4 | 23 | - | 15 | 24 |
| 6 | Istanbul BB | 14 | 7 | 2 | 5 | 19 | - | 13 | 23 |
| 7 | Karabukspor | 14 | 6 | 3 | 5 | 25 | - | 22 | 21 |
| 8 | Gaziantepspor | 14 | 5 | 5 | 4 | 12 | - | 12 | 20 |
| 9 | Antalyaspor | 14 | 5 | 4 | 5 | 16 | - | 18 | 19 |
| 10 | Galatasaray | 14 | 5 | 2 | 7 | 15 | - | 19 | 17 |
| 11 | Ankaragucu | 14 | 4 | 4 | 6 | 19 | - | 25 | 16 |
| 12 | Eskisehirspor | 14 | 3 | 6 | 5 | 11 | - | 15 | 15 |
| 13 | Manisaspor | 14 | 5 | 0 | 9 | 18 | - | 24 | 15 |
| 14 | Genclerbirligi | 14 | 3 | 5 | 6 | 12 | - | 21 | 14 |
| 15 | Konyaspor | 14 | 2 | 5 | 7 | 15 | - | 24 | 11 |
| 16 | Bucaspor | 14 | 2 | 5 | 7 | 8 | - | 18 | 11 |
| 17 | Sivasspor | 14 | 2 | 5 | 7 | 15 | - | 30 | 11 |
| 18 | Kasimpasa | 14 | 1 | 5 | 8 | 13 | - | 32 | 8 |
