27 noyabr 2010 01:43
Neftçi: Azərbaycanın ən yaxşısı, Avropanın 314-cüsü
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ildə (2001-2010) Avropa klublarının reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, 850 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçiləri də var.
Onların arasında ən yaxşı göstərici Neftçi`yə məxsusdur. Paytaxt klubu 380,5 xalla 314-cü pillədə qərarlaşıb. 357 xala malik Qarabağ 339-cu, 318,5 xalı olan Bakı isə 387-cidir. Ölkəmizdə böyük azarkeş ordusuna malik Xəzər Lənkəran isə hətta son ölkə çempionu İnter`dən də arxadadır. Bunu siyahıya düşən digər klublarımızın reytinq sıralamalarına baxdıqda da görmək mümkündür:
465. İnter - 256,5
468. Xəzər Lənkəran - 254,5
547. Karvan - 203,0
612. Turan - 158,0
679. MKT-Araz - 131,5
719. AZAL - 114,0
790. Şəmkir - 92,5
798. Kəpəz - 90,5
845. Şahdağ - 76,0.
Bütövlükdə Avropanın ən güclü klublarının sıralamasında ilk onluq isə belədir:
1. Barcelona (İspaniya) – 2459
2. Manchester United (İngiltərə) – 2436
3. Liverpool (İngiltərə) – 2362
4. Arsenal (İngiltərə) – 2348
5. İnter (İtaliya) - 2.275
6. Milan (İtaliya) - 2.237
7. Bayren Munich (Almaniya) - 2.231
8. Real (Madrid, İspaniya) - 2.168
9. Chelsea (İngiltərə) - 2.165
10. Roma (İtaliya) - 1.959
