27 noyabr 2010 14:22
Styaua rəhbərliyi Surdunu Xəzər Lənkəran`a buraxmaq istəmir
Məhdud KİV dairələrinə sızan informasiyaya görə Romeo Surdunu klubda saxlamaq üçün Styaua rəhbərliyi istənilən məbləğə getməyə hazırdı. Azerisport.az xəbər verir ki, klubun baş meneceri Mixay Stoyka son vaxtlar Surdu haqda tərifli sözlər yağdırır.
Sosial şəbəkələrdə verdiyi açıqlamalarda Surdunun oyun üslubunu bəyəndiyini, görüşlərə hazırlığını yüksək qiymətləndirməklə yanaşı onu digər futbolçulara nümunə gətirib. “Surdu çox xoşuma gəlir. İstərdim ki, bütün futbolçuların kadr hazırlığı və oyunlara münasibəti belə olsun” - deyə Stoyka bildirib.
Digər tərəfdən Mirça Rednik gənc istedadı qış transfer pəncərəsində Xəzər-Lənkəran`da görmək arzusundadır. Rednikin qeyri-rəsmi ilkin danışıqlar apardığı Surdu karyerasını xaricdə davam etdirmək istəsə də, formalaşan şəraitdə onun Azərbaycana gəlişi təxirə salına bilər. Xatırladaq ki, hazırda futbolçunun müqavilə qiyməti ildə 140 min avrodur.
