27 noyabr 2010 17:28
MOİK-in baş məşqçisi: Bu gün məğlub olmalı deyildik
MOİK-in baş məşqçisi Ramil Əliyev bu gün səfərdə Gəncə ilə keçirilən Premyer Liqanın 15-ci turunun oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “hərbçilər”in çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında minimal hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Gəncə komandasını qələbə münasibəti ilə təbrik edirəm. Fikrimcə biz bu gün məğlub olmalı deyildik. Oyunun sonlarına yaxın cərimə zərbəsindən qol buraxdıq. Komandam çox yaxşı oynadı, futbolçularımla fəxr edirəm. Unutmaq lazım deyil ki, MOİK Premyer Liqanın ən gənc komandasıdır”.
