27 noyabr 2010 17:42
Fuad İsmayılov: Nəhayət ki, buna nail olduq
Gəncə klubunun baş məşqçisi Fuad İsmayılov bu gün keçirilən MOİK ilə Premyer Liqanın 15-ci turunun ev oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında minimal hesablı qələbə haqda bunları söyləyib:
“Artıq neçə tur idi ki, azarkeşlərimizi qələbə ilə sevindirə bilmirdik. Nəhayət ki, buna nail olduq, arzumuza çatdıq. İlk dövrədəki oyun bizi arxayın salmışdı, bunun nəticəsidir ki, bugünkü oyun çətin keçdi. Qalib gəldiyimiz üçün şadam”.
