27 noyabr 2010 18:09
Haciyevski: Bu, məğlubiyyətin səbəblərindən biridir
Simurq klubunun baş məşqçisi Qyoko Haciyevski bu gün keçirilən Premyer Liqanın 15-ci turunun Qəbələ ilə səfər oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis səfərdə 4 cavabsız qolla məğlub olduqları qarşılaşmayla bağlı bunları dilə gətirib:
“Bu gün əsas heyətin 6 futbolçusunun xidmətindən istifadə edə bilmədik. Bu da məğlubiyyətin səbəblərindən biridir. Oyunçularımız gəncdir, təcrübəsizdir. Qəbələ klubunu qələbə münasibəti ilə təbrik edirəm".
