27 noyabr 2010 18:16
Toni Adams: Ehtiyat oyunçular skamyamız zəngindir
Qəbələ klubunun baş məşqçisi Toni Adams bu gün keçirilən Simurq ilə Premyer Liqanın 15-ci turunun ev oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli ingilis mütəxəssis 4 cavabsız qolla qələbə qazandıqları oyun haqda bunları dilə gətirib:
“Oyunun ilk 20 dəqiqəsi çətin keçdi. Lakin ilk qoldan sonra, demək olar ki, oyunun taleyi həll olundu, temp aşağı düşdü. Həmkarımla razıyam ki, bizim ehtiyat oyunçular skamyası rəqibimizdən daha zəngindir. Simurq klubuna gələcək oyunlarda uğurlar arzulayıram”.
